Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin sonuncu imtahanı keçirilib – FOTO

Cəmiyyət


Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanı keçirilib.

resmixeber.az xəbər verir ki, bununla da üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatıb.

İmtahanlar Bakı şəhərində təşkil olunmuş 7 imtahan mərkəzində keçirilib. Əyani mərhələnin ikinci imtahanı olan İdarəetmə bacarıqları üzrə imtahanda Qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən 1071 nəfər iştirak etmək haqqı qazanıb.

İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılıb.

İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələr ilə bağlı müvafiq hesabat göndəriləcək.

Qeyd edək ki, imtahanlar Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Əyani mərhələni uğurla başa vuran 300 nəfərədək iştirakçı müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir