Əvvəl də fotoda dörd nəfər idilər, indi də… – FOTO/VİDEO

Cəmiyyət


Kim deyirsə ki, ən ağır acı qırx gün çəkir, yalandır. Aytəkin xanımın gözlərindən çıxaraq yanaqlarından aşağı süzülən yaşı görəndə anlayırsan ki, bu, təkcə sıradan bir su damcısı deyil, kədərin, iztirabın ürəkdə buxarlanıb göz yaşına çevrilməsidir. Və bu məqamda onu da anlamağa çalışırsan ki, dünyada suyun tükəndiyi bir anda, ana bu qədər ehtiyat göz yaşını necə saxlayıb… Sonra Aytəkin ananı dinlədikcə özündə qətiləşdirirsən: acının yeddisi, qırxı, ili olmur…

Bu dəfə “Qafqazinfo” sonuncu təbəssümü şəkillərdə qalan Nağıyevlər ailəsinin qonağı olub.

Ailənin son təbəssümü də övladları Elfaq Nağıyevin şəhidliyindən öncəyə – 3 il əvvələ təsadüf edir. Onda fotoda 4 nəfər idilər – ata, ana, oğulları Elfaq və Elvan… İndi ailə tablosu sadəcə, Elfaqın məzarı başında tamamlanır…

Əslən Gədəbəydən olan gizir Elfaq Nağıyev Vətən müharibəsinin 25-ci günü Xocavənd istiqamətində şəhid olub. Bu, Elfaqın nişanlanmasından iki ay sonraya təsadüf edib.

Elfaq 2016-cı ildə “Facebook” hesabında paylaşım edərək “Kaş mənim də cənazəmin üstündə atam deyə “Vətən sağ olsun…” yazıb. Nə qədər kədərli olsa da, onun bu arzusunu atası 4 il sonra məzarı başında yerinə yetirib. Azad dayı hönkürə-hönkürə – “Vətən sağ olsun!”, – deyib.

Qeyd edək ki, Nağıyevlər ailəsi Bakının Zabrat qəsəbəsində yaşasa da, şəhidimiz doğulduğu Gədəbəyin Parakənd kəndində dəfn olunub. Taqım komandiri Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə, ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir