Bakıda 24 yaşlı oğlan icarəyə götürdüyü maşını aşıraraq öldü – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Bakıda 24 yaşlı oğlan icarəyə götürdüyü maşını aşıraraq öldüyü qəzadan görüntülər yayımlanıb.

resmixeber.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.

1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil yol kənarına aşıb.

Həmin görüntüləri təqdim edirik:

09:44

Bakıda avtomobil aşıb.

resmixeber.az xəbər verir ki, Səbail rayon ərazisində 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu “rent a car”dan icarə götürdüyü “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil yol kənarına aşıb.

Nəticədə Tural Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir