Oğuzda avtomobil aşıb: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

“resmixeber.az”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarında yerləşən fındıq bağına aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir