“Bakı Payızı – 2023”lə mədəniyyətimizə gələn yeni nəsil – VİDEO

Cəmiyyət


Ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, istedadlı bəstəkarları, vokalçıları və orijinal janrda fəaliyyət göstərən sənətkarları tanıtmaq məqsədilə yaradılan genişmiqyaslı “Bakı Payızı – 2023” istedadlar müsabiqəsinə hazırlıqlar davam edir.

Artıq müsabiqə iştirakçılarının çıxışlarının ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma mərasimi keçirilib. Püşkatma prosesi vokal ustadları, xoreoqrafiya müəllimlərinin iştirakı, Azərbaycanın tanınmış və görkəmli incəsənət xadimlərinin nəzarəti ilə baş tutub.

Layihənin bədii rəhbəri və rejissoru Sevinc Kərimovanın sözlərinə görə, bu yarış Azərbaycan səhnəsinə yeni istedadlar gətirəcək:

“Toy səhnələrində, restoranlarda itib-batan istedadlı gənclərimizə böyük səhnələrə çıxmaları üçün yol açacağıq”.

Qeyd edək ki, “Bakı Payızı – 2023” 35 il sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Layihənin əsas məqsədlərindən biri də dünya azərbaycanlılarını sosial platformada birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir