Paşinyan: “Ermənistan və Azərbaycan hələ sovet dövründən qalan anklavlar məsələsində razılığa gəlməyib”

Siyasət


Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin bəzi bəndləri üzrə razılığa gələ bilib, lakin sovet dövründən qalan anklavların mülkiyyət məsələsi həll olunmamış qalır.

Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Bildiyiniz kimi, bizim razılaşdığımız məsələlər var, lakin anklavlar məsələsi hələ razılaşdırılmayıb, bütün variantlar müzakirə olunur”, –  baş nazir bəyan edib.

Paşinyanın sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı danışıqlar aparır və “mümkün həll yollarından biri anklavların hazırda olduqları ölkənin bir hissəsi kimi tanınmasıdır”.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir