Naxçıvanda Hüseyn Cavidin ev muzeyi 8 aydır bağlıdır – VİDEO

Cəmiyyət


Azərbaycan şairi, yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi Hüseyn Cavidin ev muzeyi təmir-bərpa işləri ilə əlaqədar 8 aydır bağlıdır.

Bu barədə Baku TV-nin Naxçıvan bürosu məlumat verib.

Muzeyin direktoru Tünzalə Dilanovanın sözlərinə görə, yanvar ayına kimi işlərin 80 faizi icra olunsa da, daha sonra yarımçıq qalıb.

O qeyd edib ki, muzeyə gələn ziyarətçilər Hüseyn Cavidin məqbərəsinə yönləndirilir:

“Orada həm muzeyin yaranma tarixi, həm də Hüseyn Cavid haqqında məlumat verilir”.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən isə bildirilib ki, yarımçıq qalan təmir-bərpa işlərinin davam etdirilməsi üzrə aidiyyəti üzrə danışıqlar aparılır.

Ətraflı videonu təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir