Nazirlikdən Naxçıvana dolu düşməsi barədə AÇIQLAMA – FOTO

Cəmiyyət


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün Naxçıvan şəhərində güclü yağış yağması ilə bağlı açıqlama verib. 

Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova resmixeber.az-a açıqlamasında bildirib ki, dünən axşam və bu gecə Naxçıvan MR-də leysan xarakterli yağış yağıb, şimşək çaxıb, dolu düşüb:

“Düşən yağıntının miqdarı Naxçıvanda 37 mm (aylıq normanın 94%-i), Şahbuzda 5 mm, Ordubadda 2 mm-dək olub”.

O qeyd edib ki, ötən gün saat 18:40 radələrində Naxçıvanda diametri 6 mm olan dolu düşüb:

“Ötən gün Naxçıvanda qərb küləyi arabir 20 m/s-dək güclənib. Havanın temperaturu Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək isti, Naxçıvanda 28 dərəcəyədək isti, dağlıq rayonlarda 22-26 dərəcə isti, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək isti,  aran rayonlarında 33 dərəcəyədək isti olub”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir