Naxçıvanda güclü yağış yağması bir sıra fəsadlara səbəb oldu – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Naxçıvanda güclü yağışın yaratdığı fəsadların növbəti kadrları yayılıb.

resmixeber.az həmin kadrları təqdim edir:

21:56

Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “resmixeber.az”a məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində intensiv yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin, yaşayış və inzibati binaların zirzəmilərini subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

Hal-hazırda suyun çəkilərək kənarlaşdırılması davam etdirilir.

20:15

Bu gün axşam saatlarında Naxçıvana güclü leysan yağıb, dolu düşüb, küçələri su basıb.

“resmixeber.az” xəbər verir ki, bəzi yerlərdə meyvə ağaclarına və təsərrüfatlara ciddi ziyan dəyib, nəqliyyatın hərəkəti çətinləşib.

Naxçıvan şəhərində qeyri-sabit hava şəraiti davam edir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir