Zöhrə Ağamirova uğurunu şərh etdi

Cəmiyyət


Bakıda keçirilən Bədii Gimnastika üzrə 39-cu Avropa çempionatında topla fərdi çıxışında bürünc medal qazanan Zöhrə Ağamirova uğurunu şərh edib.

resmixeber.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında maksimumunu etməyə çalışdığını söyləyib:

“Məqsədim proqramlarımı yaxşı yerinə yetirmək idi. Çox şey alınmadı. Ciddi hazırlıq gedirdi. Maksimumu etməyə çalışdım. Şadam ki, medal qazana bildim”.

Z.Ağamirova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya onu və qrup hərəkətləri komandasını təbrik etməsinə görə minnətdarlığını bildirib:

“Mehriban xanıma diqqətinə görə təşəkkür edirəm. Onun bizi təbrik etməsinə görə çox şadıq”.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir