Ağsuda intihar hadisəsi baş verib.
“resmixeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Fərəcov Ramil Rahim oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
www.RESMIXEBER.az