Xalq artistindən həmkarına irad – “Hər kəs öz tərbiyəsini göstərir”

Mədəniyyət


Zəngin teatr ənənələri olan və zaman-zaman Azərbaycan teatr sənətinin flaqmanı sayılan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı haqqında son vaxtlar müxtəlif fikirlər səsləndirilir, iradlar bildirilir. Ən pisi də odur ki, irad bildirənlərin bir çoxu teatrın öz əməkdaşlarıdır.

Məsələn, teatrın aktyoru, Əməkdar artist Füzuli Hüseynovun iki gün öncə sosial şəbəkə hesabında yazdığı son status buna nümunə ola bilər. 

O, şəxsi hesabında – “bəzi çaqqal səsləri gəlir “dram”dan… Çaqqalın işi ulamaqdır… Unutmayın!”, – deyə paylaşım edib.

Onun bu sözləri, təbii ki, birmənalı qarşılanmayıb. Bəzi sənət dostları Əməkdar artistə öz iradlarını bildiriblər. 

Məsələ ilə bağlı ilkin olaraq teatrın aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə əlaqə saxladıq. Xalq artistinin Bizim.media-ya cavabı qısa olub:

“Qardaş, hər kəs öz tərbiyəsini göstərir də. Mən nə deyim… Bu barədə çox danışmaq istəmirəm”.

Teatrın mətbuat katibi Cavid Zeynallı da Füzuli Hüseynovun fikirlərini şərh eləmək istəməyib:

“Mən bilmirəm Füzuli müəllim nəyi nəzərdə tutaraq belə deyib”.

Mətbuat katibi onu da bildirib ki, Azərpaşa Nemətovun ölümündən sonra hələlik teatra yeni rəhbər təyin olunmayıb:

“Hələlik direktoru heç kim əvəz eləmir. Təyinatla bağlı heç bir yenilik də yoxdur. Amma teatrın işi davam edir. Repertuara əsasən, tamaşalar hazırlanır, təqdim edilir. Son tamaşamız da bazar günü olub”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir