“Bakı Payızı”nın münsifi: “Müsabiqədə çox istedadlı gənclər var” – FOTO

Mədəniyyət


“Bakı Payızı 2023” müsabiqəsində çox istedadlı gənclər var”.

Bu sözləri “resmixeber.az”a açıqlamasında əməkdar artist, “Bakı Payızı”nın münsifi Rain Sultanov deyib.

Onun sözlərinə görə, ilk dəfədir ki, belə bir musiqi müsabiqəsində münsif kimi iştirak edir:

“Bakı Payızı 2023” müsabiqəsinin 35 il sonra yenidən keçirilməsi çox sevindiricidir. Xatırlayıram ki, mən o vaxtlar gənc idim və bu layihə o vaxt da gənclər üçün böyük bir dəstək idi. Müsabiqənin artıq ikinci günüdür. Hazırda davam edən müsabiqədə çox isdadlı gənclər var. Mən inanıram ki, onlar gələcəyin ulduzu olmağı bacaracaqlar”.

R.Sultanov bildirib ki, müsabiqədə seçim etmək çox çətindir:

“Mənim sadəcə bir istəyim var, vokalçılar öz üzərlərində çox işləsinlər. Xahiş edirəm ki, ifaçılar öz obrazlarını yaratsınlar və özlərinə məxsus performans göstərsinlər. Diqqətimi çəkən məqamlardan biri odur ki, bəzi ifaçılar özünü kiməsə bənzətməyə çalışır, səhnədə onun etdiklərini təkrarlayırlar. İfaçılara tövsiyəm odur ki, mütləq öz üslublarını yaratsınlar. Bu kimi məqamlara diqqət yetirilsə, düşünürəm ki, hər şey qaydasındadır və nəticə yaxşı olacaq”.

Qeyd edək ki, “Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turunda 45 vokalçı yarışır. Tədbir iyulun 1-dək davam edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir