Hacıqabul sakinindən narkotik götürülüb

Kriminal


Hacıqabul sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, eyni əmələ görə əvvəllər də məhkum olunmuş Şahin Nəcəfov saxlanılıb .

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 490 qram olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir