Mirzoyan: “İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı cavab təkliflərini Bakıya göndərəcək”

Siyasət


“Sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir”.

Bu sözləri Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib.

“İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı cavab təkliflərini Bakıya göndərəcək”, – deyə A.Mirzoyan bildirib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezident İlham Əliyev söhbət zamanı vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir