Səfir: “Xorvatiya şirkətləri minatəmizləmə sahəsində ANAMA ilə fəal əməkdaşlıq edirlər”

HƏRBİ

Minatəmizləmə sahəsində böyük təcrübəyə malik Xorvatiya Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edən Azərbaycanın ANAMA agentliyi ilə fəal əməkdaşlıq edir.

Bu barədə “resmixeber.az”a açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic deyib.

O bildirib ki, Xorvatiya 25 ildən çoxdur mina problemi ilə mübarizə apardığına görə bu sahədə böyük təcrübəyə malikdir.

Səfir əlavə edib ki, minatəmizləmə maşınları istehsal edən və minatəmizləmə prosesində birbaşa iştirak edən Xorvatiya şirkətləri var:

“Bunlardan biri minatəmizləmə maşınları istehsal edən “DOK-ING” şirkətidir. Şirkətin istehsal etdiyi texnikadan Qarabağda istifadə olunur və özünü çox yaxşı tərəfdən göstərib”.

Minaaxtaranlar məsələsinə münasibət bildirən səfir hazırda bununla əsasən Azərbaycanın məşğul olduğunu vurğulayıb.

O əlavə edib ki, bu irimiqyaslı işə xarici şirkətlərin də cəlb olunacağı gözlənilir:

“Hesab edirəm ki, Xorvatiyanın “Piper” şirkəti Azərbaycanda minatəmizləmə ilə məşğul ola biləcək şirkətlərdən biridir”.

B.Zebic deyib ki, “DOK-ING” şirkətinin əl ilə minatəmizləmə işləri aparan və bu məqsədlə öyrədilmiş itlərdən istifadə edən bölməsi də var:

“Görünür, Azərbaycan onlarla müqavilə bağlayıb və bu il ölkənizə 10-12 minaxtaran it gətiriləcək”.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir