Uşaq evində direktorun tapşırığı ilə zor tətbiq edilir? – İDDİA + AUDİO

Cəmiyyət

Bakı şəhərinin Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evindən şikayət var.

resmixeber.az-ın redaksiyasına ünvanlanan şikayətdə iddia olunur ki, həmin müəssisədə uşaqlara qarşı zor tətbiq edilir.

Belə ki, bununla bağlı səs yazısında tərbiyəçilərin uşaqlarla kobud davranmaları, təhqir etmələri yer alıb. 

Şikayəti ünvanlayan şəxs bildirir ki, 18 yaşına kimi həmin uşaq evində qalıb, orada qanunsuzluğu lentə alıb ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən təzyiqə məruz qalıb. Həmin təzyiqlər səbəbindən hazırda anası ilə birlikdə yaşayır.

Göndərilən səs yazısının uşaq evinin direktoru Sevda Hacıyevaya aid olduğu bildirilib. 

İddia olunub ki, direktor uşaqlara şiddət edilməsi üçün işçilərə tapşırıq verib və bu yolla bir neçə uşağı Ruhi Əsəb Xəstəlikləri Dispanserinə saldırıb. 

Məsələ barədə Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evi ilə əlaqə saxladıq.

Uşaq evindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ araşdırılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir