ÇL: “Sabah” səfərdə “Orxus”a məğlub olub

Baş səhifə

Azərbaycanın “Sabah” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Danimarka təmsilçisi “Orxus”a məğlub olub.

APA xəbər verir ki, səfərdə keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Orxus”un qollarını Ceyms Boqere oyunun 31-ci və 63-cü dəqiqələrində vurub.

“Sabah”ın yeganə qoluna isə 67-ci dəqiqədə Velko Simiç imza atıb.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.