Bu il readmissiya sazişləri çərçivəsində 306 nəfər Azərbaycana geri qəbul edilib

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin ilk altı ayı ərzində readmissiya sazişləri
çərçivəsində 306 nəfər Azərbaycana geri qəbul edilib.

Trend-in
mediaturdakı müxbiri xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya
Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media
məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində
jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2014-cü ildən bu günədək readmissiya
sazişləri çərçivəsində ümumilikdə 3 990 nəfər ölkəyə geri qəbul
edilib.




V.Hüseynov bildirib ki, 205 nəfərlə bağlı 138 readmissiya
sorğusu müsbət cavablandırılıb.

“Gələn ay readmissiya çərçivəsində növbəti geri qəbul
əməliyyatının həyata keçirilməsi planlaşdırılır”, – deyə DMX rəisi
əlavə edib.