
Bakı.Trend
Rusiyanın “S7” aviaşirkətinə məxsus təyyarə mühərrikində baş
verən yanğın səbəbindən havaya qalxdıqdan sonra Novosibirsk hava
limanına geri qayıdıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası
Nəqliyyat üzrə İstintaq İdarəsinin Mətbuat xidməti məlumat
yayıb.
Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 160 sərnişin olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
İstintaq orqanları mühərrikdə baş verən yanğının səbəblərini
araşdırır. Yanğın ekipajın səyləri ilə söndürülüb, təyyarə isə
normal rejimdə eniş edib.
“İlkin məlumata görə, 2026-cı il iyulun 29-da
Novosibirsk–Krasnodar marşrutu ilə uçan hava gəmisinin mühərrikində
uçuş zamanı yanğın baş verib. Bununla əlaqədar ekipaj təyyarəni
uçuşun başladığı hava limanına geri qaytarmaq qərarı verib”, –
məlumatda bildirilib.

