Entoni Coşua albaniyalı boksçuya nokautla qalib gəlib

Baş səhifə

Bakı. Trend:

Boks üzrə keçmiş dünya çempionu Entoni Coşua növbəti döyüşünü
keçirib.

Britaniyalı idmançı Səudiyyə Ərəbistanının Ciddə şəhərində
keçirilən boks gecəsinin əsas görüşündə Kristian Prenqa ilə üz-üzə
gəlib.




Döyüş ikinci raundda başa çatıb. 36 yaşlı Coşua rəqibinə
nokautla qalib gəlib. Britaniyalı idmançı ilk raundda 2 dəfə
nokdaun vəziyyətinə düşüb.

Qeyd edək ki, Entoni Coşua peşəkar karyerası ərzində 29 qələbə
qazanıb, 4 dəfə uduzub. Kristian Prenqanın isə 20 qələbəsi və 2
məğlubiyyəti var.