
“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynliyə ağır itki üz verib.
Modern.az xəbər verir ki, Vüsalə Hüseynlinin anası vəfat edib.
Mərhumun bu gün Bakıda dəfn olunacağı bildirilir. Həmçinin qeyd olunub ki, 3 və 7 mərasimlərinin keçiriləcəyi tarix və məkanla bağlı əlavə məlumat veriləcək.
Modern.az kollektivi Vüsalə Hüseynliyə və ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan mərhuməyə rəhmət, doğmalarına səbir diləyir.
Allah rəhmət eləsin.

