Çində daşqın 10 nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Çinin şimal-qərbindəki Qansu əyalətində qısa müddət davam edən
şiddətli yağışın yaratdığı daşqın nəticəsində 10 nəfər ölüb, 23-ü
xəsarət alıb.

Hadisə günorta vaxtı Veyyuan rayonundakı mənzərəli ərazidə baş
verib. Ölən və xəsarət alanlar ərazidə düşərgə quran turistlər
olublar.




Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.