Ərdəbil vilayəti Azərbaycanla dəmir yolu terminalının istifadəyə verilməsində maraqlıdır – Vali

Baş səhifə

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti Azərbaycanla
dəmiryolu terminalının istifadəyə verilməsinə maraq göstərir.

Bunu İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə İranın
Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşdə deyib.

“Ərdəbil vilayətinin Azərbaycanla əlaqələri və münasibətləri
həmişə dostluq münasibətləri olub. Azərbaycanla birlikdə dəmiryolu
terminalının istifadəyə verilməsi tərəflər arasında idxal və ixrac
həcmini artıracaqdır”, – deyə o bildirib.

İmami Yeganə əlavə edib ki, İranın Ərdəbil vilayətinin
Azərbaycanla ən uzun birgə sərhədi var. İki tərəf arasında
iqtisadi, mədəni və tranzit əməkdaşlığının inkişaf etdirilməsi
Ərdəbil vilayətinin prioritetləri sırasına daxildir.




Ərdəbil valisi qeyd edib ki, dəmiryolu terminalının istifadəyə
verilməsi logistika baxımından hər iki tərəfin xeyrinədir.

Görüşdə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu da
bildirib ki, dəmiryolu terminalının istifadəyə verilməsi diqqət
mərkəzindədir. Müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı
sektorunda investisiya iş adamlarının marağını kəsb edir.

İran səfiri əlavə edib ki, iki tərəf arasında əlaqələri nəzərə
alaraq müxtəlif iqtisadi, mədəni və tranzit sahəsində əməkdaşlığın
artırılması diqqət mərkəzindədir.

Xatırladaq ki, İranın Ərdəbil vilayətinin valisi Məsud İmami
Yeganə Trend-ə açıqlamasında bildirmişdi ki, İranın şimal-qərbində
yerləşən Ərdəbil vilayətində Ərdəbil-Parsabad dəmir yolu xətti bu
vilayət ilə Azərbaycan arasında dəmir yolu əlaqələri və
yükdaşımalara öz töhfəsini verə bilər. Ərdəbil-Parsabad dəmir yolu
xətti Ərdəbil-Miyana dəmir yolu xəttinin ikinci hissəsi hesab
olunur. Təxminən 270 km uzunluğunda olan Ərdəbil-Parsabad dəmir
yolu xəttinin tikintisi ilə əlaqədar tədqiqatın müəyyən bir hissəsi
başa çatdırılıb.