İran Kaya Kallasın İranla bağlı mövqeyini tənqid edib

Baş səhifə

Bakı. Trend:

İran Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti
üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya
Kallasın İranda insan haqlarının vəziyyətinə dair açıqlamasını
tənqid edir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai
“X” sosial şəbəkəsində yazıb.

“Kaya Kallas Avropa İttifaqının İranda insan haqlarının
vəziyyətindən nigaran olduğunu bildirir. Təəccübləndirici haldır
ki, insan haqları doktrinası İran əhalisi və infrastrukturlarına
qarşı hərbi hücumların texniki və lojistik dəstəyi ilə uyğunlaşır,
lakin uşaqların öldürülməsini qınamaq və yaxud onların ailələrinin
dərdinə şərik çıxmaqla uyğunlaşmır”, -deyə o bildirib.




İranlı rəsmi Avropa İttifaqının insan haqları bağlı mövqeyini
şübhə altına alıb və onun açıqlamalarının Avropanın İrana qarşı
hərəkətlərə dəstəyi kimi təsvir etdiyi məsələlərə zidd olduğunu
bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.