
Bakı.Trend:
Yəməndən olan husilər Səudiyyə Ərəbistanının Cizan şəhərinə
ballistik raket hücumuna görə məsuliyyəti öz üzərlərinə
götürüblər.
Bu barədə “Ansar Allah” qruplaşmasının “Telegram” kanalında
məlumat yayılıb.
Bu arada Səudiyyə Ərəbistanı höküməti Cizan və Yanbu sakinlərini
krallığa qarşı hücumlar həyata keçirməklə hədələyən husilərin
mümkün zərbələri ilə bağlı xəbərdar edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı cümə günü İranın dəstəklədiyi
husi hərəkatının dəniz blokadası elan etməsi və Səudiyyə gəmilərinə
hücumlar təşkil etməsindən sonra Yəmənin liman şəhəri Hudeydə və
yaxınlıqdakı adada husilərə məxsus hədəflərə hava zərbələri
endirib.
Buna cavab olaraq Husilər i Cizan şəhərinə raket zərbəsi
endirdiklərini açıqlayıblar.

