Azərbaycanda “American Express” kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda “American Express” kartları ilə aparılmış
əməliyyatlarla bağlı məlumatlar açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik
bülletenə əsasən, cari ilin iyuyn ayının sonuna Azərbaycanda
rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş American
Express kartlarından (o cümlədən statistik vahidin ödəniş kartları
ilə) istifadə edilməklə 6,4 min əməliyyat həyata keçirilib. Qeyd
olunur ki, bu əməliyyatların ümumi həcmi 800 min manatdan çox
olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik
bülletenə əsasən, iyunun sonuna bank sistemi və “Azərpoçt” MMC
vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon
ədədə çatıb.




AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu
göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz
artıb.

Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş
sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl
müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki
inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS
terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.

“Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi
ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər
ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya
imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə
beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik
pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin
genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və
ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin
edilməsidir”, – deyə Mərkəzi Bank qeyd edib.