
Bakı.Trend:
İspaniyanın Baş naziri Pedro Sançes Seutaya kütləvi miqrant
axınının İspaniyaya qarşı hücum və ölkənin ərazi bütövlüyünün
pozulması kimi dəyərləndirib.
“El Imparcial” nəşrinə görə, bu barədə Baş nazir Seutaya
gəldikdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Baş verənlər qəti şəkildə pislənməli və qınanmalıdır”, – deyə
Sançes bildirib
O əlavə edib ki, hökumət vətəndaşların təhlükəsizliyini təmin
etmək üçün dövlətin bütün resurslarını səfərbər edəcək.
Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz
şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta
şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru
sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.

