
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi
ərazisindən keçən hissəsində vətəndaşın kanala yıxılaraq köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
“Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə
yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala
yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək
təhlükəsiz əraziyə çıxarılıb”, – deyə məlumatda bildirilib.

