Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verildi

Baş səhifə

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb.

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Şuşa təcili tibbi yardım bölməsi 24/7 rejimində fəaliyyət göstərir. Bölmə 2 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.