
Bakı.Trend:
Son bir neçə gün ərzində İspaniyanın Seuta bölgəsinə Mərakeşdən
60 minə yaxın qanunsuz miqrant daxil olub. Bu rəqəm şəhər
əhalisinin təxminən 70 faizinə bərabərdir.
RTVE-nin məlumatına görə, bu barədə şəhərin inzibati rəhbəri
Xuan Xesus Vivas bildirib.
Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar Seuta
şəhərinə üzərək çatmağa çalışarkən azı 34 miqrant dənizdə
boğulub.
Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz
şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta
şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru
sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.

