
Bakı. Trend:
“Norm” ASC İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil
Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən
“4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinə tərəfdaş
olaraq qoşulub.
Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bu
təşəbbüsə qoşulmaqla, ölkəmizdə təhsilin inkişafına, insan
kapitalının gücləndirilməsinə, rəqəmsal bacarıqların artırılmasına
və gələcəyin peşələrinin tələblərinə uyğun səriştələrin
formalaşdırılmasına dəstəyini ifadə edib.
Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına 21 000 ödənişsiz
onlayn təlim imkanı təqdim olunur. Təlimlər dünyanın 375-dən çox
nüfuzlu universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb.
Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan və
London universitetləri ilə yanaşı, “Google”, IBM, “Microsoft”,
“Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal
texnologiya liderləri də yer alır.
Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə müvafiq olaraq,
cəmiyyət üçün uzunmüddətli dəyər yaradan layihələrin həyata
keçirilməsi və dəstəklənməsi Norm-un korporativ sosial məsuliyyət
strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məsuliyyətli
biznes prinsiplərinə sadiq qalaraq, ölkənin sosial-iqtisadi
inkişafına xidmət edən təşəbbüslərə xüsusi önəm verir. Bu
çərçivədə, müxtəlif təhsilyönümlü layihələrdə iştirak edərək,
gələcək ixtisaslı kadr potensialının formalaşmasına, gənclərin
bilik və bacarıqlarının inkişafına, rəqəmsal səriştələrinin
artırılmasına və onların dəyişən əmək bazarının tələblərinə
uyğunlaşmasına dəstək göstərir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

