Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib

Baş səhifə

Bakı.Trend:

Rumıniya Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcısının pilotu
ölkənin milli hava məkanına qanunsuz daxil olan naməlum pilotsuz
uçuş aparatını (PUA) zərərsizləşdirib. Bu son günlər ərzində,
səmada F-16 qırıcısı ilə vurulmuş ikinci drondur.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər 08:22-də, Rumıniya HHQ-nə məxsus həmin F-16
qırıcısının sükanında əyləşmiş rumın pilot, həmkarının dəstəyi ilə
Rumıniyanın hava məkanına daxil olmuş ikinci dronu
zərərsizləşdirib”, -deyə qurumun rəsmi “Facebook” səhifəsidnə dərc
olunmuş bəyanatda deyilir.




Bəyanatda qeyd olunur ki, PUA Ukrayna ilə sərhəd yaxınlığında
yaşayışın olmadığı ərazidə vurulub.

Bundan bir gün əvvəl Rumıniya Prezidenti Nikuşor Dan başqa bir
dronun vurulması barədə məlumat vermişdi.