“Real”ın 100 milyon avroluq təklifi rədd edildi

Baş səhifə

Bakı. Trend:

“Real” “Leyptsiq”də çıxış edən Yan Diomandeni transfer etmək
istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.




La Liqa nəhəngi Fil Dişi Sahili millisinin üzvü üçün 90+10
milyon avroluq təklif göndərib. Almaniya klubu bu təklifi rədd
edib. Onlar 19 yaşlı vinger üçün daha çox pul tələb edirlər.

Qeyd edək ki, Yan Diomande 2025/26 mövsümündə “Leyptsiq”in
heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 10 məhsuldar
ötürmə ilə yadda qalıb.