Gürcüstanın bir neçə şəhərində elektrik kəsintiləri qeydə alındı

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın bir neçə şəhərində elektrik enerjisinin verilişində
fasilələr yaranıb.

Gürcü mediasının məlumatına görə, Tbilisi, Ozurgeti, Poti və
Rustavi şəhərlərinin bəzi ərazilərində elektrik enerjisinin
verilişi dayanıb.

Kəsintilər nəticəsində su nasoslarının fəaliyyəti də dayanıb. Bu
səbəbdən Tbilisinin bəzi hissələrində su təchizatında problemlər
yaranıb.




Elektrik paylayıcı şirkətlər baş verən kəsintilərin səbəbi ilə
bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, iyulun 24-də gecə saatlarında da Gürcüstanın
müxtəlif bölgələrində elektrik enerjisinin verilişində fasilələr
qeydə alınmışdı.