Bir mənbədən satınalmaların məbləği 532 milyon manat artıb – Vüqar Gülməmmədov (VİDEO)

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda bir mənbədən satınalmaların ümumi
məbləği 532 milyon manat artıb.

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Trend Beynəlxalq
İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində
deyib.

Onun sözlərinə görə, 2023-2025-ci illərin müqayisəsi müsabiqəsiz
satınalmaların artım tempinin müsabiqəli satınalmalardan daha
yüksək olduğunu göstərir.

“Bir mənbədən satınalma üsulu ilə ötən il 9 035 satınalma həyata
keçirilib. Bu göstərici say baxımından 7,6 faiz azalsa da, məbləğ
ifadəsində təxminən 10 faiz və ya 532 milyon manat artım deməkdir”,
– deyə o bildirib.




V.Gülməmmədov qeyd edib ki, bir mənbədən satınalma beynəlxalq
praktikada, xüsusilə hərbi və müdafiə sənayesi sahələrində geniş
tətbiq olunur.

O əlavə edib ki, Avropa Auditorlar Məhkəməsinin araşdırmalarına
görə, Avropa ölkələrində dövlət satınalmalarının 30 faizindən çoxu
yalnız bir təchizatçının iştirak etdiyi “tək təklifli tenderlər”
şəklində keçirilir ki, bu da mahiyyət etibarilə rəqabəti
məhdudlaşdıran satınalma modeli hesab olunur.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun
Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya
verdiyi birgə müsahibə iyulun 23-də saat 21:00-da tam şəkildə
yayımlanacaq.