Bakı.Trend:
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Trend xəbər
verir ki, hadisə oktyabrın 12-də Gəncə şəhəri Bayan küçəsində baş
verib.
Belə ki, 1994-cü il təvəllüdlü Məhəmməd Tağıyev Gəncə şəhəri
Bayan küçəsində aralarında yaranmış mübahisə zamanı 1985-ci il
təvəllüdlü həmin şəhər sakini Rövşən Vəliyevə bıçaqla vuraraq ona
bədən xəsarəti yetirib.
Faktla bağlı Gəncə şəhər BPİ-də CM-in 126.1-ci maddəsi ilə
cinayət işi başlanıb və M.Tağıyev şübhəli şəxs qismində
tutulub.

