
Bakı. Trend:
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş
vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa
müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
XXX
20:54
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində quru otluq sahədə yanğın
baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə
məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

