Bakı. Trend:
Polşa Şengen zonasına daxil olan qonşuları Almaniya və Litva ilə
sərhədlərdə nəzarətin müddətini daha 6 ay artırır.
Trend-in məlumatına görə, bu barədə Polşanın Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri oktyabrın 1-dək qüvvədə
olacaq. Məqsəd qanunsuz miqrasiyanın qarşısını almaqdır.

