Suriyada törədilən partlayışda ölənlərin sayı doqquza çatıb

Baş səhifə

Bakı. Trend:

Suriyanın paytaxtı Dəməşqdə Ədliyyə Sarayı yaxınlığında
törədilmiş partlayış nəticəsində həlak olanların sayı doqquza
çatıb.

Bu barədə Suriya Səhiyyə Nazirliyinin nümayəndəsi Vail Dağmaş
bildirib.




Onun sözlərinə görə, terror aktı qurbanlarının sayı doqquza
çatıb, 20-dən çox insan yaralanıb.

Qeyd edək ki, Ədliyyə Sarayının yaxınlığında, Hicaz meydanındakı
kafelərin birində bomba partladılıb. Dəməşqin qubernatoru Mahir
Mərvan İdlibinin sözlərinə görə, cinayətin təşkilatçıları bu yolla
iyulun 6-da Dəməşqdə keçirilməsi planlaşdırılan Xalq Şurasının
(Suriyanın yeni parlamenti) qarşıdan gələn 1-ci iclasını nüfuzdan
salmağa çalışıblar.