
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.
Bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi
məlumat yayıb.
Qeyd edilib ki, Makron ikitərəfli münasibətlərin gücləndirilməsi
və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin
müzakirəsi məqsədilə Suriyaya səfər edəcək.
Səfərin dəqiq tarixi hələ ki açıqlanmayıb.

