“Brent” markalı neftin qiyməti son dörd ayın ən aşağı səviyyəsinə düşüb

Baş səhifə

Bakı. Trend:

Londonun ICE birjasında aparılan ticarət zamanı “Brent” markalı
xam neft üzrə avqust fyuçerslərinin qiyməti fevralın 27-dən bəri
ilk dəfə olaraq bir barel üçün 73 dollar həddindən aşağı enib.

Bu barədə birjanın ticarət göstəricilərində qeyd olunub.




Bakı vaxtı ilə saat 05:01-ə olan məlumata əsasən, “Brent”
markalı neftin dəyəri 1,02 faiz azalaraq 72,99 dollar təşkil
edib.

Sonrakı dəqiqələrdə qiymət enişini davam etdirib. Belə ki, saat
05:21-də bir barel “Brent” neftinin qiyməti 72,89 dollara qədər
geriləyib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,15 faizlik
azalma deməkdir.