Türkanda avtomobil kişini vuraraq öldürdü

Baş səhifə

Türkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Nəsirov Davud Zəhvər oğlu idarə etdiyi “BYD” markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olan zaman piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arif oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.