
Bakı. Trend:
Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini
qəbul etməkdən imtina edərsə, ABŞ İranla bağlı yeni qərarlar qəbul
edəcək.
ABŞ dövlət katibi Marko Rubio bunu Yaxın Şərq turnesi
çərçivəsində Əbu-Dabiyə gəlişində açıqlayıb.
O, BAEA müfəttişlərinin İrana qayıtması ilə bağlı Vaşinqton və
Tehran arasında anlaşılmazlıq olduğunu inkar edib. “Onların nəyə
razılaşdıqlarını bilirik. Dediklərini niyə deməli olduqlarını
bilmirəm. Daxili siyasətləri nə olursa olsun, düşünürəm ki, bunu
həll edəcəklər. Amma nəyə razılaşdıqlarını bilirik. İndi isə ya
edəcəklər, ya da etməyəcəklər”, – deyə Amerika diplomatiyasının
rəhbəri jurnalistlərə İran rəsmilərinin BAEA -nin yoxlama
fəaliyyəti ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
“Əgər onlar bunu etsələr, proses irəliləyəcək. Əgər etməsələr,
Prezident [Donald Tramp] bəzi qərarlar qəbul etməli olacaq”, – deyə
o qeyd edib.

