BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

Baş səhifə

Bakı. Trend:

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ABŞ və İran arasında
hərbi münaqişə ilə əlaqədar Körfəzdə qalan 11 mindən çox dənizçinin
təxliyəsinə başlayacağını açıqlayıb.

Bu barədə BDT-nin baş katibi Arsenio Dominguez bildirib.

Qeyd edib ki, genişmiqyaslı təxliyə əməliyyatı İran, Oman,
regionun digər sahilyanı dövlətləri, ABŞ və dənizçilik sənayesi
nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.




Onun sözlərinə görə, əməliyyatın təhlükəsiz şəkildə icrası üçün
bütün zəruri təhlükəsizlik təminatları əldə olunub və təhlükəsiz
naviqasiya şəraiti hərtərəfli yoxlanılıb.

BDT-nin rəhbəri vurğulayıb ki, təxliyə tədbirləri bölgədə
gərginliyin artması fonunda dənizçilərin təhlükəsizliyinin təmin
edilməsinə yönəlib.