
Bakı. Trend:
Almaniyanın ailə naziri Karin Prien TikTok, Instagram və
Snapchat kimi sosial media platformalarından müstəqil istifadə üçün
qanuni minimum yaş həddini 13 olaraq təyin etməyi təklif edib.
Xarici media yazır ki, o, bu yanaşmanın “prinsipcə doğru”
olduğunu düşünür.
Təşəbbüs uşaqların və yeniyetmələrin rəqəmsal mühitdəki
risklərdən, o cümlədən pornoqrafik məzmuna çıxış, nifrət dolu
çıxışlar, kiberhücum və sosial platformalarda həddindən artıq vaxt
keçirməkdən qorunmasının gücləndirilməsi kontekstində müzakirə
olunur.
Nazirin sözlərinə görə, tənzimləmə ideal olaraq Avropa İttifaqı
səviyyəsində qəbul edilməlidir. Bununla belə, o, Avropa
səviyyəsində kifayət qədər irəliləyiş əldə edilməsə, Almaniyanın
milli hüquqi çərçivələrin hazırlanmasına başlayacağını
vurğulayıb.

