Məhkum tərəfindən gizlədilmiş odlu silah aşkar edildi

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə
əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl
gizlədilmiş odlu silah aşkar edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.




Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə
Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza
çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri,
Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində
basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu silah,
ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək
götürülüb.

Faktla bağlı araşdırma aparılır.