Hollivud aktyoru Şaya Labaf Yeni Orleanda dava səbəbilə həbs edildi

Baş səhifə

Bakı. Trend:

Hollivud aktyoru Şaya Labaf ABŞ-nin Yeni Orlean şəhərində barın
qarşısında baş verən dava ilə əlaqədar həbs olunub.

Trend xəbər verir
ki, Şaya Labaf Yeni Orleanda ciddi insidentdə iştirak edib və
hadisə yerinə təcili yardım əməkdaşlarının çağırılması ilə
nəticələnən davaya qoşulub.




Məhkəmə sənədlərində onun həbs edildiyi və iki dəfə yüngül bədən
xəsarəti yetirməkdə ittiham olunduğu bildirilir.

Aktyorun müəssisənin işçi heyəti tərəfindən bardan çıxarıldığı,
daha sonra küçədə dava düşdüyü qeyd olunur. Hadisə yerinə təcili
yardım maşını cəlb edilib.