
Bakı. Trend:
Uruqvay millisi futbol üzrə 2026-cı il dünya çempionatının qrup
mərhələsinin ikinci turunda Kabo-Verde yığması ilə 2:2 hesablı
heç-heçə edib.
Qarşılaşma ABŞ-nin Florida ştatının Mayami şəhərində
keçirilib.
Uruqvay yığmasının heyətində qolları Maksimiliano Arauxo (44-cü
dəqiqə) və Aqustin Kanobbio (45+6) vurublar. Kabo-Verde millisində
isə “Krasnodar” klubunun yarımmüdafiəçisi Kevin Lenini (21-ci
dəqiqə) və Elio Varela (61-ci dəqiqə) fərqləniblər.
Kevin Lenini görüşün 70-ci dəqiqəsində əvəzlənib. Kabo-Verde
millisinin və Tolyattinin “Akron” klubunun hücumçusu Jilson
Benşimol isə meydanda 58 dəqiqə çıxış edib.

