Roma Papası keşişləri süni intellektdən istifadə etməməyə çağırdı

Baş səhifə

Bakı. Trend:

Roma Papası XIV Leo Roma yeparxiyasının keşişləri ilə qapalı
görüşdə din xadimlərini moizələrin hazırlanması zamanı süni
intellektə arxalanmamağa, duaya daha çox diqqət ayırmağa
çağırıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Görüş 19 fevral tarixində Vatikanda keçirilib. Söhbətin
qeyri-rəsmi hissəsində pontifik ruhanilərin nümayəndələrinin dörd
sualını cavablandırıb.

Papa xüsusilə dua və moizələrin hazırlanması mövzusuna diqqət
yetirib. Görüş iştirakçılarından birinin sözlərinə görə, XIV Leo
din xadimlərini moizələrin yazılması üçün süni intellektdən qəti
şəkildə istifadə etməməyə çağırıb. O vurğulayıb ki, keşişlər “Rəbb
ilə daha tez-tez baş-başa qalmalı”, mənəvi həyatı yalnız qısa
dualarla məhdudlaşdırmamalı, Tanrını dinləməyi öyrənməlidirlər.